Bakı İcra Hakimiyyəti tabeliyində əsaslı tikinti və təmir üzrə qurum yaradılıb

12:25 - 5.02.2019


5 fevral, Fineko/abc.az. Bakı  Şəhər  İcra  Hakimiyyəti  tabeliyində  əsaslı  tikinti  və  təmir üzrə yeni qurum yaradılıb.

Yeni qurum, Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun əmri ilə yaradılmışdır.

“Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçilərinin say həddi 16 ştat vahidindən ibarət olacaq və  təsərrüfat hesabı əsasında fəaliyyət göstərəcək. Əmlak Məsələləri Dövlət Komitəsinə, MMC-nin nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatı keçməsi üçün tədbirlər görülməsi, Bakı şəhər İcra Hakimiyyətinə bu sərəncamdan irəli gələn digər məsələlərin həll edilməsi tapşırılıb.

 

Bütün xəbərlər