Elşən Salahov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib

15:25 - 5.02.2019


5 fevral, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə, əvvəllər rayonun İH-in başçısının birinci müavini vəzivəsində çalışmış Elşən Salahov təyin edilib.

Daha öncə  Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində işləyən Elşən Salahov uzun müddət ölkənin bank sektorunda çalışmışdı.

 

Bütün xəbərlər