“AzSığorta” şirkəti zəlzələdən çəkilən zərərin qiymətləndirilməsi üçün operativ cavab mərkəzi təşkil edib

13:07 - 6.02.2019


6 fevral, Fineko/abc.az. Zəlzələ ilə əlaqədar Azərbaycanın sığorta şirkəti “AzSığorta” Şamaxıda əməliyyat mərkəzi təşkil edib.

Şirkətin bildirdiyinə görə, hazırda “AzSigorta” şirkətinə  yaxın ərazilərin sakinlərindən 30-dan artıq müraciət olunub.

“AzSigorta”, davamlı müraciətlərə dərhal cavab vermək və zərərin qiymətləndirilməsini ən qısa müddətdə aparmaq üçün yerlərdə cavablandırma üçün fəaliyyət göstərən əməliyyat mərkəzi təşkil edib. Zərərin bildirilməsi  üçün həmçinin * 6565 nömrəsinə müraciət edə bilərsiniz”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, “AzSigorta” üçün bu ilk təcrübə deyil,  şirkət 2016-cı ildə İmişli rayonunda və 2015-ci ildə Şəki rayonunda baş verən zəlzələlər zamanı eyni şəkildə hərəkət etmişdi.

Fevralın 6-dan 7-nə keçən gecə Pirqulu stansiyasından 7 km cənubda zəlzələ qeyd edildi. Respublika Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin maqnitudası təxminən  5 bal olub.

 

Bütün xəbərlər