Səhiyyə Nazirliyi Azərbaycanda baş vermiş zəlzələdən zərər çəkənlərin sayını açıqlayıb

14:45 - 6.02.2019


6 fevral, Fineko/abc.az. Azərbaycan Səhiyyə Nazirliyi fevralın 6-dan 7-nə keçən gecə  baş verən  zəlzələ ilə əlaqədar Şamaxı rayon xəstəxanasının gücləndirilmiş rejimdə işləməsini bildirib.

Nazirliyin məlumatına görə, zəlzələdən sonra təcili yardım xidmətinə 30 çağırış daxil olub.

“Üç nəfər Travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərdə qol sınığı, digər iki nəfərdə isə ayaqların əzilməsi qeyd edilib.  Xəsarət alanlara travmatologiya şöbəsində zəruri yardım göstərilib. Digər çağırışlar, stress və qorxu səbəbiylə yüksək təzyiqlərlə əlaqəli olmuşdur”, - deyə məlumatda vurğulanır.

Nazirlik bir nəfərdə beyinə qan sızmasının olduğunu bildirib. Xəstənin vəziyyəti ağırdır.

 

Bütün xəbərlər