Avropa Komissiyası, "Siemens" və "Alstom"un dəmiryol bölmələrinin birləşməsinə maneə törətdi

15:35 - 6.02.2019


6 fevral, Fineko/abc.az. Avropa Komissiyası Almaniyanın Siemens korporasiyasının və Fransanın Alstom şirkətinin dəmir yolu mühəndisliyi sahəsində layihələrini birləşdirmək təklifini bloklayıb.

Bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat verib.

“Avropa Komissiyası, Avropa dəmiryolu sənayesindəki rəqabəti təmin etmək üçün birləşməni bloklayıb”, - AK-in qərarında belə deyilir.

 

Bütün xəbərlər