Səudiyyə Ərəbistanı Rusiyadakı turizm layihələrinə sərmayə yatıracaq

13:17 - 11.02.2019


11 fevral, Fineko/abc.az. Rusiya və Səudiyyə Ərəbistanı turizm layihələrinə qarşılıqlı investisiyaları artırmaq niyyətindədir.

Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kirill Dmitriyev jurnalistlərə açıqlamasında bildirib ki, Səudiyyə tərəfinin Rusiyaya qoyulan sərmayələri artıq Rusiyanın turizm layihələrində də artacaq.

"Rusiya-Çin-Səudiyyə Fondu da, Səudiyyə dövlətinin dəstəyi ilə, Səudiyyə Ərəbistanında turizmə investisiya edəcək", - K.Dmitriyev bildirdi.

Dmitriyev, Səudiyyə tərəfinin ölkəyə rus turistlərin gəlməsində çox maraqlı olduğunu vurğuladı. "Türkiyədə ortalama altı milyon turist gəlir (hər il), üç milyonu Misirə gəlir. Biz, daha çox insanın bura gəlməsini istəyirik"  - RBİF rəhbəri bildirdi.

RBİF rəhbəri həmçinin vurğuladı ki, tərəflər əməkdaşlığı mədəniyyət sahəsində də davam etdirəcəklər.

“Biz, Mariinski teatrı və başqaları da daxil olmaqla, ən məşhur kollektivlərimizin Səudiyyə Ərəbistanına, o cümlədən Əl-Uluya da dah tez-tez gəlmələrini planlaşdırırıq",- deyə Fondun rəhbəri xəbər verdi.

Dmitriyevin sözlərinə görə, Rusiya, Fransa və bir sıra digər dövlətlər Səudiyyə Ərəbistanı ilə əməkdaşlıqda ön sıralardadır. "Bildiyiniz kimi, krallıq turizm üçün bağlanmışdır,  indi isə bizim üçün də imkanlar açır", - Fondun rəhbəri bunu deyib.

 

Bütün xəbərlər