“AtaSığorta” səhmdarları 2018-ci ilin yekunları üzrə mənfəət bölüşdürəcək

13:48 - 12.02.2019


12 fevral, Fineko/abc.az. 2019-cu ilin aprelin 4-də "AtaSığorta" ASC-nin səhmdarlarının növbəti iclası keçiriləcək.

Şirkətin məlumatına görə, iclas zamanı 2018-ci ildə həyata keçirilən fəaliyyətin yekunları açıqlanacaq.

"İdarə heyətinin və direktorlar şurasının  hesabatı dinlənildikdən sonra, il ərzində mənfəətin bölüşdürülməsi məsələsi müzakirə ediləcək”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər