Caspian European Club-un Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə biznes-fiorumunun vaxtı dəyişdirilib

16:36 - 12.02.2019


12 fevral, Fineko/abc.az. Caspian European Club-un fevralın 13-nə nəzərdə tutulmuş Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə biznes-forumu təxirə salınıb. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Təşkili hələ yanvar ayında planlaşdırılmış tədbirə qatılmaq üçün 120-yə yaxın iştirakçı qeydiyyatdan keçib. Onların arasında Azərbaycanda akkreditə olunmuş diplomatik qurumların və beynəlxalq təşkilatların 20-dən artıq rəhbər və nümayəndəsi var. Lakin əhəmiyyətli dövlət tədbirləri ilə əlaqədar Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə biznes-forumun işində iştirak edə bilməyəcək.

“Bu barədə bizə Nazirlik tərəfindən tədbirin həmtəşkilatçısı olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi nümayəndəsi məlumat verib. Bununla əlaqədar olaraq biznes-forum təxminən fevralın sonuna martın əvvəlinə keçirilir. Dəqiq tarixlə bağlı əlavə məlumat veriləcək”, - deyə Telman Əliyev qeyd edib.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un fəal iştirakı ilə yardılıb.

Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

Bütün xəbərlər