Bakıda torpaq sahələrinin qiymətləri qalxdı

15:15 - 22.11.2017


22 noyabr, Fineko/abc.az. Bakıda torpaqlar bahalaşıb.

“MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimovun sözlərinə əsasən,  torpaq bazarında sentyabr ayı ilə müqayisədə oktyabrda 1,61% bahalaşma qeyd olunub.

“Qiymətlərin artması bazarın bu seqmentinin portfelindəki struktur dəyişiklikləri ilə bağlıdır, çünki yayda  bazara əsasən şəhərətrafı kənd və qəsəbələrdəki sahələr  təklif edilmişdir, portfeldə qalanlar isə bahalı torpaqlardır. Qışa doğru qiymətlərin qalxması  istisna edilmir”, - N.İbrahimov belə deyib.

 

 

Bütün xəbərlər