“Zolotaya Korona” Azərbaycanda özünə yeni tərəfdaş tapdı

12:32 - 14.02.2019


14 fevral, Fineko/abc.az. Ani pul köçürmələri xidməti “Zolotaya Korona” Azərbaycandakı fəaliyyətini genişləndirir.

Şirkətin məlumatında deyilir ki, Xalq Bank Azərbaycanda onun yeni tərəfdaşı olub.

“Sistem istifadəçiləri üçün ABŞ dolları, avro və Azərbaycan manatında köçürmələr mövcuddur”, - məlumatda belə deyilir.

Xalq Bank ASC-nin 0% xüsusi tarifi qüvvədədir, yəni, başqa valyutaya konvertasiya zamanı köçürməyə görə komissiya ödənilmir. Digər hallarda komissiya 0,9%-dən başlayacaq və əməliyyatın məbləğindən və istiqamətindən asılı olacaq.

Azərbaycanda “Zolotaya Korona - Pul köçürmələri” xidmətinin infrastrukturu 1580-dən çox məntəqəyə malikdir. Xidmətin veb saytında təqdim edilən xəritədən istifadə edərək özünüz üçün rahat məntəqə seçə bilərsiniz.

 

Bütün xəbərlər