Azərbaycanda Vergi Ombudsmanı institutu yaradılacaq

12:48 - 14.02.2019


14 fevral, Fineko/abc.az. Azərbaycanda vergi ombudsmanı fəaliyyət göstərəcək.

Azərbaycan Vergilər Naziri  Mikayıl Cabbarovun sözlərinə görə, nazirlik, sahibkarların hüquqlarının qorunması üçün yeni, daha səmərəli mexanizmlər tətbiq etmək üçün tədqiqat aparıb.

"İnkişaf etmiş ölkələrin qabaqcıl təcrübələrini nəzərə alaraq, Vergi Ombudsmanı institutunun təsis edilməsi qərara alındı”, - nazir bildirib.

Onun sözlərinə görə, həmçinin vergi inzibatçılığının rəqəmsallaşdırılması prosesi davam etdiriləcək, vergi xidmətlərində və vergi nəzarəti sahəsində yeni innovativ texnologiyaların tətbiqi prosesi genişləndiriləcək

“Həmçinin auditorların bilik və bacarıqlarının artırılması və fəaliyyətinin qiymətləndirilməsi üçün yeni mexanizmlərin tətbiqi üçün tədbirlər görülməlidir”, - deyə nazir qeyd edib.

 

Bütün xəbərlər