Azərbaycanın təhsil naziri növbəti akademik ildən etibarən effektiv tələbə kredit sistemi tətbiq etməyə söz verdi

15.02.2019,12:26


15 fevral, Fineko/abc.az. 2019-2020-ci tədris ilindən etibarən Azərbaycanda effektiv tələbə kredit sistemi tətbiq olunacaq.

Azərbaycanın təhsil naziri Ceyhun Bayramovun sözlərinə görə, artıq yeni sistemin tətbiqi üçün intensiv hazırlıq işləri aparılır.

“Bu asan proses deyil, çünki tələbə kredit sistemi gələcəyə yönəldilməlidir, buna görə də müvafiq qanunvericilik bazası və effektiv sistem yaradılmalıdır”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, xüsusi işçi qrup, artıq 2019-2020-ci tədris ilindən tətbiq olunması planlaşdırılan effektiv tələbə kredit sistemi yaratmaq üçün müvafiq dövlət qurumlarının nümayəndələri ilə işləyir.