Azərbaycanda 100-dən çox şirkət "yaşıl dəhliz" sisteminə qoşulub

12:23 - 18.02.2019


18 fevral, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi  fevralın 1-dən aktivləşdirilmiş "yaşıl dəhliz" sisteminə ixracatçı və idxalçıların   qoşulmasının effektivliyini qeyd edir.

"Vergilər.  Şəffaflıq. İnkişaf" forumunda Dövlət Gömrük Komitəsinin (DGK) rəhbəri Səfər Mehdiyev bildirib ki, hesabat dövründə 100-dən çox sahibkar sistemə qoşulub.

"İlin sonuna qədər ixracatçı şirkətlərin 100%-in və idxalçıların 35-40%-in sistemə qoşulması planlaşdırılır", - deyə S. Mehtiyev bildirib.

 

Bütün xəbərlər