İnvestisiyaların təşviqi hesabına Azərbaycan iqtisadiyyatına daha 3 milyard manat yatırılıb

12:35 - 18.02.2019


18 fevral, Fineko/abc.az. Azərbaycanda fəal investisiya təşviqi sistemi mövcuddur.

"Vergilər.  Şəffaflıq. İnkişaf" forumunda Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, 2016-cı ildən etibarən 3 milyard manat dəyərində 345 layihə üzrə investisiya təşviqi sənədləri alınıb.

“Bu layihələrin həyata keçirilməsi nəticəsində qeyri-neft sektoruna sərmayə qoyuluşunu əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda, 22 mindən artıq yeni iş yerinin yaradılmasına imkan verəcək.

Onun sözlərinə görə, ölkənin ÜDM-də özəl sektorun payı 2018-ci ildə 84%, məşğulluq 76% təşkil edib.

 

Bütün xəbərlər