İlin əvvəlindən etibarən Azərbaycanda yük dövriyyəsinin həcmi 185 milyon tona qədər artıb

16:56 - 22.11.2017


22 noyabr, Fineko/abc.az. Cai ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 185,9 milyon ton yük və 1612,7 milyon sərnişin daşınmışdır.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, keçən ilin müvafiq dövrünə nisbətən, yük daşımalarının həcmi 1,7%, sərnişin daşımalarının həcmi isə  2,2% artıb.

“Yüklərin 63,9%-i avtomobil, 26,1%-i boru kəməri, 6,3%-i dəmir yolu, 3,6%-i dəniz, 0,1%-i isə hava nəqliyyatı ilə daşınmışdır”, - məlumatda belə deyilir.

Həmçinin qeyd edilir ki, sərnişinlərin 88,1 faizi avtomobil, 11,6 faizi metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınmışdır.