Tramp, Çin malları üzərindəki vergilərin artmasının müddətini təxirə salınmasını ehtimal edir

11:47 - 20.02.2019


20 fevral, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp, Çin mallarına rüsumların artımının təxirə salma ehtimalını inkar etmədi.

Amerika lideri Ağ Evdə jurnalistlərin, Çin məhsullarına rüsumların artımının martın 1-də bitən müddətini təxirə salacağı barədə sualına cavab verərək,  müvafiq bəyanat verib.

“Mən dəqiq tarix söyləyə bilmərəm,. Bu, sehirli tarix deyil, çünki çox şey baş verir və hər şey dəyişə bilər. Baxarıq, görək, nə olacaq...  Danışıqlar çox, çox yaxşı gedir.  Çin, ABŞ-ın rüsumları qaldırmağını istəmir və buna görə də Pekin “bunun qarşısını almaq üçün, tez hərək etmək istəyir”, - deyə prezident qeyd edib. 

Onun sözlərinə görə, ABŞ və Çin “olduqca mürəkkəb danışıqlar aparır”. Danışıqlar nəticəsində, Pekin Vaşinqtondan çox sayda kənd təsərrüfatı malları alacaq və onun alacağı malların miqdarı “heç kimin ağlına gələ bilməyəcəyi qədər çox olacaq”.

 

Bütün xəbərlər