Azərbaycan 2019-cu ildə Pekinə ilk ixrac missiyasını təşkil edəcək

17:42 - 22.02.2019


22 fevral, Fineko/abc.az. Azərbaycan İqtisadiyyat Nazirliyi bu il Çinə ilk ixrac missiyasını təşkil edir.

Nazirliyin məlumatında deyilir ki, Pekinə ixrac missiyası Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO)  təşkilatçılığı ilə fevralın 24-də təşkil ediləcək və martın 1-dək davam edəcək.

“Missiyaya qida, şərab və digər spirtli içki istehsalı sahəsində fəaliyyət göstərən 16 Azərbaycan şirkəti daxildir”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki,  missiya potensial alıcılarla görüşlər keçirəcək və müzakirələr aparacaq, Azərbaycan və Çin şirkətlərinin iştirakı ilə dəyirmi masa və Azərbaycan şərablarının dequstasiyası keçiriləcək.

 

Bütün xəbərlər