Tramp Çin məhsullarına tətbiq edilən gömrük rüsumlarının artmasını təxirə salır

12:32 - 25.02.2019


25 fevral, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp bazar günü etdiyi şərhdə, Vaşinqtonda ticarət sahəsində  ikitərəfli mübahisələrin tənzimlənməsi üzrə keçirilən səmərəli Amerika-Çin danışıqları ilə əlaqədar Çin məhsullarına gömrük rüsumlarının artmasını təxirə salması barədə qərarını bildirdi.

Müvafiq mesajı Amerika lideri Twitter-də  yerləşdirib.

Amerika lideri həmçinin bildirib ki, danışıqlarda daha çox irəliləyişə nail olunduğu təqdirdə, ticarət sazişini bağlamaq üçün, özünün Florida ştatındakı Mar-a-Laqo malikanəsində ÇXR-ın sədri Si Tzinpin ilə görüşməyi planlaşdırır.

“Hər iki tərəfin daha çox irəliləyişə nail olması şərti ilə, ticarət razılaşmasının bağlanması üçün, mənimlə ÇXR-ın sədri Si Tzinpinin Mar-a-Laqoda yüksək səviyyədə görüşümüzü planlaşdıracağıq. ABŞ və Çin üçün çox yaxşı həftəsonu olacaq!”, - deyə Tramp vurğulayıb.

"Sevinclə bildirirəm ki, Birləşmiş Ştatların Çinlə ticari danışıqlarda əhəmiyyətli struktur məsələlərdə, eləcə də intellektual mülkiyyət hüquqlarının qorunması, texnologiyanın ötürülməsi, kənd təsərrüfatı, xidmətlərin göstərilməsi, valyuta və s. xeyli irəliləyiş əldə etmişdir”, - dövlət başçısı danışıqlar haqqında belə fikirlər söylədi.

 

Bütün xəbərlər