“Sabre Corporation” “AZAL” ilə əməkdaşlığın uzadılmasını elan etdi

12:39 - 25.02.2019


25 fevral, Fineko/abc.az. Dünya səyahət və turizm sənayesi üçün aparıcı texnologiya təchizatçısı olan “Sabre Corporation” Azərbaycan Hava Yolları (AZAL) ilə əməkdaşlığın uzadılmasını elan edir.

Şirkətdən verilən məlumata görə, iki şirkətin ortaqlığının uzadılması sayəsində, Sabre ticarət platformasına qoşulmuş tursim agentlikləri və korporasiyalar, aviadaşıyıcının ən uyğun tarifləri və ən yaxşı məhsullarından istifadə etməkdə davam edəcəklər.

“Azərbaycanın turizm bazarı regionun ən sürətli artım göstəricisindən biridir. 2018-ci ildə ölkəyə 2,8 milyondan çox turist gəlib. Bu, bir il əvvəl gələn turistlərin sayından 6% çoxdur. 2017-ci ildə "Turizm və səyahətlərin rəqabət qabiliyyətliliyi" adlı Dünya İqtisadi Forumunun hesabatında, Azərbaycan 13 bənd yüksəlmişdir ki, bu da  dünyanın bütün ölkələri arasında rəqabət qabiliyyətinin ən yaxşı dinamikasını əks etdirmişdir. Azərbaycanın milli daşıyıcısı olan “AZAL” bu uğurda mühüm rol oynayır. 1992-ci ildə təsis edilmiş aviaşirkətin parkında hazırda 23 təyyarə fəaliyyət göstərir. Aviaşirkət, Azərbaycanın, Türkiyənin, Rusiyanın və Avropanın əsas şəhərlərini əhatə edən marşrut şəbəkəsini idarə edir, həmçinin və Asiya və Şimali Amerikaya uzunmüddətli istiqamətlərə malikdir”, - məlumatda belə deyilir.

“Sabre” və “AZAL” 2006-cı ildən etibarən daşıyıcı ilk dəfə “Sabre”ni qlobal distribusiya üzrə tərəfdaş kimi seçdiyi zaman uğurla əməkdaşlıq edir. Daxili və beynəlxalq uçuşlara olan tələbat artmasına baxmayaraq, aviaşirkət əvvəlki kimi sərnişinlərə ən keyfiyyətli xidmət göstərir.

 

Bütün xəbərlər