Oruc İbrahimov "AtaBank"ın yeni departamentinin rəhbəri vəzifəsinə təyin olundu

11:49 - 28.02.2019


28 fevral, Fineko/abc.az. “AtaBank”da yeni departament yaradılıb.

Bankdan verilən məlumata görə, “AtaBank”da Biznesin İnkişafı Departamenti yaradılıb.

“Biznesin İnkişafı Departamentinin direktoru vəzifəsinə Oruc İbrahimov təyin edilib. Oruc İbrahimov “AtaBank” ASC-də 2012-ci ildən müxtəlif vəzifələrdə çalışıb, son 2 il ərzində sözü gedən bankın Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru vəzifəsini icra edib”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər