Donald Tramp və Kim Çen In razılığa gələ bilmədi

12:11 - 28.02.2019


28 fevral, Fineko/abc.az. KXDR sanksiyaların qaldırılmasını istədi, ABŞ isə imtina etdi. Bunu, ABŞ prezidenti Donald Tramp bəyan edib.

ABŞ prezidentinin sözlərinə görə, Kim Çen In nüvə və raket sınaqlarını keçirməyəcəyinə söz verib.

Tramp həmçinin bildirib ki, zirvə toplantısından sonra KXDR ilə konkret razılaşmalar imzalamamaq qərarı, şəxsən onun fikri olmayıb. O, əlavə edib ki, razılaşma imzalanmaya hazır idi, lakin tərəflər ondan imtina etmək qərarına gəldilər.

Trump həmçinin ABŞ və KXDR-in çox məhsuldar bir zirvə toplantısı keçirdiyini qeyd etdi. ABŞ prezidenti əlavə edib ki,  fikir ayrılıqlarına baxmayaraq, zirvə toplantısı dostcanlı abu-havada sona çatdı.

Ağ Evin rəhbəri KXDR məsələsində Rusiya, Çin, Cənubi Koreya və Yaponiya ilə əməkdaşlığın vacib olduğunu düşünür.

 

Bütün xəbərlər