Moldova Prezidenti VII Qlobal Bakı Forumunda iştirak edəcək

15:30 - 1.03.2019


1 mart, Fineko/abc.az. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VII Qlobal Bakı Forumunda Moldova Respublikasının Prezidenti İqor Dodon da iştirak edəcək. Bu məqsədlə o mart ayında Bakıya gələcək.

Qeyd edək ki, VII Qlobal Bakı Forumunda 70-dən çox ölkə təmsil olunacaq. Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılacaq.

Bütün xəbərlər