Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə komissiyanın fəaliyyət bərpa olunacaq

17:37 - 1.03.2019


1 mart, Fineko/abc.az. Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın fəaliyyət bərpa olunacaq. Artıq hər iki tərəfdən komissiyanın bir neçə üzvü dəyişdirilib.

Bunu Gürcüstan Xarici İşlər Nazirinin rəsmisi Vladimir Konstantinidi deyib. Onun sözlərinə görə, yeni üzvlərin seçilməsi və dəyişdirilməsi prosesi başa çatdıqdan sonra komissiya fəaliyyətini bərpa edəcək.

İki ölkə arasında sərhədlərin delimitasiyası prosesi 1996-cı ildə başlayıb. Bu gün sərhədin üçdə iki hissəsi razılaşdırılıb. Qalan hissələrlə bağlı məsləhətləşmələr davam edir.

Bütün xəbərlər