Azərbaycan və Ukrayna prezidentləri iqtisadi əməkdaşlığın səviyyəsini və perspektivlərini müzakirə etdilər

10:10 - 24.11.2017


24 noyabr, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşüb.

Görüşdə prezidentlər qarşılıqlı maraq kəsb edən ikitərəfli münasibətlər və məsələlər üzrə  fikir mübadiləsi apardılar.

İlham Əliyev bildirib ki, Ukrayna Prezidenti Petro Poroşenkonun Azərbaycana səfərindən sonra, müxtəlif istiqamətlərdə əməkdaşlıq həyata keçirilir və artıq  yaxşı  nəticələr əldə edilib. Ukrayna dövlətinin başçısının Bakıya səfəri zamanı siyasi, iqtisadi, energetika, nəqliyyat sahələrində, beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri müzakirə olundu.  Dövlətimizin başçısı, ticarət dövriyyəsinin genişləndirilməsi üçün lazımi addımlar atılacağına ümidvar olduğunu bildirib və qeyd edib ki, bunun üçün yaxşı potensial mövcuddur.

Prezident Petro Poroşenko həmin görüşlər zamanı əldə edilən razılaşmaların reallaşdırılmasından məmnunluğunu ifadə etdi. O, Azərbaycanın Ukraynaya ixracının artmasını iqtisadi əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirdi.

 

 

Bütün xəbərlər