“Tesla” elektromobillərinin qiymətlərini artırır

11.03.2019,15:46


11 mart, Fineko/abc.az. “Tesla” şirkəti, baza komplektasiyada Model 3 istisna olmaqla, bütün elektromobillərinin qiymətini orta hesabla 3% artırmağa qərar verdi.

Bu barədə şirkətin məlumatında bildirilir.

“Tesla” elektromobillərinin qiymətini dünya miqyasında təxminən 3% artırmaq məcburiyyətində qalacaq, çünki biz, planlaşdırdığımızdan daha az avtomobil dükanı bağlayacağıq”, - şirkətin bəyanatında belə deyilir.