İlham Əliyev və Əşrəf Qani Azərbaycan-Əfqanıstan sənədlərini imzaladılar

13:21 - 14.03.2019


14 mart, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.

Əvvəlcə prezidentlər təkbətək görüşdü, sonra isə görüş, nümayəndə heyətinin iştirakı ilə davam etdirildi.

Görüşdə ikitərəfli əlaqələr, həmçinin iqtisadi sahədə münasibətlərin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Sonra Azərbaycan-Əfqanıstan sənədləri imzalandı.

 


Bütün xəbərlər