Servitut: özgəsinin daşınmaz əmlakından məhdud istifadə necə həyata keçirilir?

15:25 - 14.03.2019


14 mart, Fineko/abc.az. Servitut-mülkiyyətçinin sahibi olduğu əmlakının başqasına müəyyən hərəkətləri yerinə yetirmək və ya etməmək şərti ilə verilməsini təsdiq edən sənəddir. Servitut alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz.

Xidmətin həyata keçirilməsi üçün müşayət məktubu, xidmət haqqının və dövlət rüsumunun ödənilməsi barədə sənəd, o cümlədən şəxsiyyəti təsdiq edən sənəd, notariat qaydasında təsdiq edilmiş servitut müqaviləsi, ərizə tələb olunur.

Bu xidmət 3 iş günü ərzində yerinə yetirilir. 20 manat xidmət haqqı və 20 manat dövlət rüsumu tələb olunur. Servitutun dövlət qeydiyyatının ləğv edilməsi də 3 iş günü ərzində yerinə yetirilir. 20 manat xidmət haqqı və 10 manat dövlət rüsumu tələb olunur. Ödəniş bank, onlayn şəkildə, terminallar vasitəsilə həyata keçirilir.

Bu əməliyyatları yerinə yetirmək üçün elektron qayda ilə yanaşı, vətəndaşlar Əmlak Xidmətləri Məkanına,  Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət edə bilərlər

Bütün xəbərlər