“Renault” “Fiat Chrysler” ilə birləşmə imkanını nəzərdən keçirir

13:08 - 27.03.2019


27 mart, Fineko/abc.az.  Fransanın “Renault” avtokonserni yaxın 12 ay ərzində Yaponiyanın “Nissan” şirkəti ilə danışıqları bərpa etmək niyyətindədir və sonra daha bir avtomobil istehsalçısı, çox güman ki, İtaliya və Amerikanın  “Fiat Chrysler” birgə şirkəti ilə birləşməyi planlaşdırır.

Bu barədə, “Financial Times” qəzeti mənbələrə istinadən xəbər verir.

Qəzetin həmsöhbətlərinin məlumatına əsasən, Renault-Nissan-Mitsubishi ittifaqının keçmiş rəhbəri Karlos Qon, iki-üç il əvvəl Fiat Chrysler ilə birləşmə haqqında danışıqlar aparmışdı, lakin təklif Fransa hökumətinin əks təsiri səbəbindən rədd edildi.

Qəzetin qeyd etdiyi kimi, bu cür strategiya, Renault-un, Yaponiyada vergi cinayətlərinin törədilməsində şübhəli bilinərək saxlanılan Renault-Nissan-Mitsubishi ittifaqının keçmiş rəhbəri Karlos Qonun dəstəklədiyi  cəsarətli planlara qayıdışına şarə edir.

Bu kimi birləşmələrin məqsədi Volkswagen və Toyota Motor kimi şirkətlərlə dünya hökmranlığı uğrunda mübarizədə biznesin birləşməsədir, deyə məqalədə deyilir.

 

Bütün xəbərlər