Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac 30 aprel tarixində keçiriləcək

11:55 - 1.04.2019


1 aprel, Fineko/abc.az. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracın keçiriləcəyi tarix müəyyənləşdirdi.
Dövlət Komitəsinin məlumatında deyilir ki, növbəti hərrac 30 aprel 2019-cu il tarixində keçiriləcək. Budəfəki hərraca ümumilikdə 92 dövlət əmlakı çıxarılıb. Bunlardan 22-si  səhmdar cəmiyyəti, 49-u kiçik dövlət müəssisəsi, 11-i qeyri-yaşayış sahəsi, 3-ü yarımçıq tikili, 7-si isə nəqliyyat vasitəsidir.

Bütün xəbərlər