“Market Analysis Azerbaijan 2019” nəşri təqdim olunacaq

13:30 - 2.04.2019


 2 aprel, Fineko/abc.az. Aprelin 9-da Alman-Azərbaycan Xarici Ticarət Palatasında ("AHK Azərbaycan") "Market Analysis Azerbaijan 2019" eksklüziv nəşrinin təqdimatı keçiriləcək.

Nəşr "AHK Azərbaycan" tərəfindən Almaniya Ticarət və İnvestisiya (GTAI) təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində dərc olunub. Nəşr Azərbaycan iqtisadiyyatının 14 prioritet sahəsi haqqında ümumi məlumat, bazardakı hazırkı trendlərin təhlili, o cümlədən müvafiq sənaye sahələrində mövcud imkanlar barədə məlumatı əhatə edir. "Market Analysis Azerbaijan 2019" Azərbaycan bazarı ilə maraqlananlar üçün bələdçi rolunu oynayır.

Tədbirdə alman və Azərbaycan şirkətlərinin direktorları və yüksək vəzifəli nümayəndələri, həmçinin dövlət rəsmiləri, beynəlxalq qurumların təmsilçiləri iştirak edəcək.

Bütün xəbərlər