Gələn aydan əmək yarmarkalarının keçirilməsinə başlanacaq

16:01 - 2.04.2019


2 aprel, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən may ayında 2019-cu il üzrə əmək yarmarkalarına başlanacaq.

Yarmarkaların cari il ərzində respublikamızın 56 şəhər və rayonunda təşkili nəzərdə tutulur. Bu aktiv məşğulluq tədbirlərində idarə, müəssisə və təşkilatlarda olan vakant (boş) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq.

İlk yarmarkaların Naftalan şəhərində, Qəbələ və İsmayıllı rayonlarında keçirilməsi planlaşdırılır.

 

Bütün xəbərlər