Baş nazir Azərbaycanın beş şəhərinin Baş Planlarını təsdiqlədi, amma Bakıya sıra çatmadı

10:37 - 4.04.2019


4 aprel, Fineko/abc.az. Azərbaycanın Baş naziri ölkənin beş şəhərinin inkişafı üzrə Baş Planlarına dair qərarları təsdiqləyib.

Novruz Məmmədov 2033-cü ilə qədər Göy-Göl, 2036-cı ilə qədər Tovuz, 2035-ci ilə qədər Şəmkir, 2034-cü ilə qədər Masallı və 2035-ci ilə qədər Xaçmaz şəhərinin inkişafı üzrə Baş Planı təsdiqləyib.

Bütün qərarlar aprelin 2-də Baş nazir Novruz Məmmədov tərəfindən təsdiq edildi.

Eyni zamanda, Bakının Baş Planı artıq neçənci dəfədir ki, hazırlanır və hələ də təsdiqlənməyib.

 

Bütün xəbərlər