AXA Azərbaycanda fəaliyyətinə son qoydu

11:29 - 5.04.2019


5 aprel, Fineko/abc.az. AXA beynəlxalq Fransız sığorta şirkətinin nümayəndəliyi olan AXA Mbask şirkəti fəaliyyətinin dayandırıldığını elan etdi.

Şirkətin məlumatında deyilir ki, AXA Mbask yeni müqavilələrin bağlanmasını dayandırır.

“Bunun səbəbi isə,  sahibkar Elxan Qəribli ilə 2018-ci ildə imzalanmış müqavilənin qüvvədən düşməsidir. Həmin müqaviləyə əsasən, sahibkar, şirkətin bütün səhmlərini əldə etmək niyyətində olmuşdur. AXA Azərbaycanda törəmə şirkətini bağlamaq niyyətində olduğu üçün şirkət artıq yeni müqavilələr bağlamayacaq və yalnız mövcud portfelini idarə edəcək”, - məlumatda belə deyilir.

Mbask sığorta şirkəti Azərbaycan bazarında 1992-ci ildən fəaliyyət göstərir. 14 oktyabr 2010-cu ildə dünyanın ən böyük sığorta şirkətlərindən biri olan AXA Group, AXA Seguros Generales, SA, SA Seguros Y Reaseguros (İspaniya) törəmə şirkəti vasitəsilə, AXA MBASK şirkətinin səhmlərinin nəzarət hissəsini (51%) əldə etdi. 49% həcmində qalan hissə, şirkətin səhmdarı Eldar Qəribliyə məxsus idi. Səhmlərin nəzarət paketi AXA Seguros Generales tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankının səhmlərinin (30%) və Eldar Qəribliyə məxsus olan (21%) səhmlərinin alınması yolu ilə əldə edilmişdir.

 

Bütün xəbərlər