Kosta Rika Respublikasının xarici işlər naziri Azərbaycana səfərə gələcək

14:14 - 27.11.2017


27 noyabr, Fineko/abc.az. Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanz (Manuel González Sanz) 28-29 noyabr tarixlərində Azərbaycanda səfərdə olacaq.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən verilən məlumata əsasən, səfər zamanı nazir Manuel Gonzalez Sanz xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşəcək.

DİN-dən bildirildi: “Nazir  Manuel Gonzalez Sanz Kosta Rika Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin açılış mərasimində iştirak edəcək”.

 

Bütün xəbərlər