Bakıda növbəti SOCAR Beynəlxalq Forumu keçiriləcək

12:22 - 11.04.2019


11 aprel, Fineko/abc.az. Sizi Bakı Ali Neft Məktəbi və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə təşkil etdiyi, 22-25 Aprel 2019-cu il tarixlərində Bulvar Otel Bakıda keçiriləcək 4-cü SOCAR Beynəlxalq DOWNSTREAM Xəzər və Mərkəzi Asiya Forumuna dəvət etməkdən məmnunluq duyuruq.

Regionunun neft emalı və neft-kimya sənayesinin inkişafı ilə bağlı ətraflı məlumat təmin edən ticarət, logistika, neft emalı, neft-kimya Forumunun məqsədi müvafiq ixrac bazarları və marşrutları daxil olmaqla, regionda karbohidrogen ixracı üzrə ən son tendensiyaların və perspektivlərin təhlil edilməsidir. Tədbir həmçinin Xəzər regionunda və Mərkəzi Asiyada neft-qaz sənayesinin inkişafının əsas istiqamətləri haqqında strateji qərarlar vermək və gündəlik əməliyyatlar aparmaq üçün praktiki informasiyaların əldə edilməsinə imkan yaradan unikal platformadır.

Tədbir zamanı Xəzər regionunda ticarət fəaliyyətləri və əsas ixrac marşrutları barədə təqdimatlar keçiriləcək. Eyni zamanda, Xəzəryanı və Mərkəzi Asiya regionları ölkələrinin neft emalı sənayelərinin texnoloji vəziyyəti və kommersiya mövqeləri, neft emalı sahələrinin tikintisi və modernizasiyası layihələrinin səmərəli idarə olunması, regionda neft-kimya məhsullarına olan tələb və təkliflərin analizi, onların ixrac potensialı kimi məsələlərə dair müzakirələr aparılacaq.

Hər il Forumda 300-dən artıq nümayəndə iştirak edir. Tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, SOCAR-ın rəhbər heyəti və struktur bölümlərinin rəhbərləri, Qazaxıstan, Qırğızıstan, İran, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Gürcüstan və digər ölkələrin sahə Nazirliklərinin  və transmilli neft-qaz şirkətlərinin rəhbər nümayəndələrinin iştirakı gözlənilir. Forum həmçinin biznes əlaqələrinin qurulması üçün platforma kimi fəaliyyət göstərir: tədbirə kofe fasilələri, müzakirə panelləri, ictimai fəaliyyətlər, o cümlədən informativ texniki səfərlər daxildir.

Forumun proqramını aşağıdakı link vasitəsilə əldə etmək mümkündür: http://ccapital.co.uk/en/cabinet_delegate/programme/

Əlavə suallarınız olduğu təqdirdə aşağıdakı şəxslə əlaqə saxlaya bilərsiniz:

George Pirchalaishvili

E-mail: [email protected]

Tel: +44 208 349 1999

www.socarforum.com

 

Bütün xəbərlər