Sığorta qanunvericiliyində yol verilən pozuntulara görə "Ata Sığorta" və "Atəşgah Sığorta" şirkətlərinin fəaliyyəti məhdudlaşdırıldı

12:36 - 15.04.2019


15 aprel, Fineko/abc.az. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası "AtaSigorta" və "Atəşgah Sığorta" şirkətlərinin lisenziyasını məhdudlaşdırıb.

Palatanın məlumatına görə, həmçinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmətlərin göstərilməsinə icazələr də ləğv edilib.

Bu qərar, AVSMMİS üzrə müqavilələr bağlayarkən sığorta qanunvericiliyinin tələblərinin pozulması səbəbindən qəbul edilmişdir. Şirkətlərin fəaliyyəti, çatışmazlıqların aradan qaldırılmasına qədər məhdudlaşacaq.

Palata həmçinin SİNKO Qrup Azərbaycan sığorta və təkrar sığorta brokerinin lisenziyasını üç ay müddətində məhdudlaşdırmış və Societe de Courtage sığorta və təkrarsığortaçının lisenziyasını bərpa etmişdir.

 

 

Bütün xəbərlər