Azərbaycanda orta əmək haqqı 554 manata çatdı

12:50 - 16.04.2019


16 aprel, Fineko/abc.az. Yanvar-fevral aylarında Azərbaycanda orta aylıq əmək haqqının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6% artaraq 554,9 manata çatıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə ən yüksək əmək haqqı mədənçıxarma sənayesi, maliyyə və sığorta, peşə, elmi və texniki fəaliyyət sahələrində, informasiya və kommunikasiya, nəqliyyat və anbar xidmətləri sahəsində, habelə tikinti sahəsində qeydə alınıb.

“1 mart tarixində ölkədəki muzdlu işçilərin sayı 1,2% artaraq 1534,3 min nəfər təşkil edib ki, bunlardan 865,3 min nəfərinə dövlət sektoru, 669 min nəfər isə ölkə iqtisadiyyatının özəl sektorunda işləyir”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər