11:23 - 28.11.2017
Qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” beş ulduzlu aviaşirkətlər siyahısına daxil olan “Qətər Hava Yolları” ilə birgə Azərbaycanda istehlakçılar üçün yeni endirim kampaniyasına start verir.
“Mastercard” şirkətinin Azərbaycan üzrə meneceri Alper Meriç bildirib: «”Qətər Hava Yolları” ilə əməkdaşlığımız çərçivəsində bizim kart sahiblərinə sözügedən qiymətsiz imkanı yaratmaqdan məmnunuq. “Mastercard”ın yerli bazara doğru uzunmüddətli tərəfdaşlığı çərçivəsində bütün kart sahiblərimizi mühüm təcrübə ilə təmin etmək imkanlarını səbirsizliklə gözləyirik. “Qətər Hava Yolları” ilə tərəfdaşlığımız həm də bu yaxınlarda biz tərəfdən istifadəyə verilən və “Mastercard”ın eksklüziv təkliflərini əks etdirən “Specials Priceless” platformasının bir hissəsi olacaq».
Kampaniyanın şərtlərinə əsasən, “Mastercard” kart sahibləri “Qətər Hava Yolları”nın rəsmi internet səhifəsində (www.qatarairways.com) onlayn bilet alışı zamanı 15% endirimdən yararlana biləcəklər. Endirimdən faydalanmaq üçün sadəcə “QRMC1011” kodunu promokod bölməsinə daxil etmək və onlayn ödənişi “Mastercard”/”Maestro” kartları ilə həyata keçirmək gərəkdir.
Kampaniya bütün istiqamətlərdə olan ekonom və biznes sinif uçuşları üçün keçərlidir. Kampaniya 24 dekabr 2017-ci il tarixinədək etibarlıdır, kampaniya zamanı alınan biletləri isə 31 may 2018-ci il tarixinədək istifadə etmək mümkün olacaq.
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024