15:52 - 22.04.2019
22 aprel, Fineko/abc.az. “Formula 1” Azərbaycan Qran Prisi çərçivəsində Bakı Heydər Əliyev Beynəlxalq Aeroportuna yüklərin gətirilməsinə başlanılmışdır.
Yarış bolidləri, onlara xidmət və yarışların təşkili üçün lazım olan avadanlıq reyslərlə Şanxay və Bəhreyndən gətirilmişdir.
Yüklərin böyük hissəsi Azərbaycanın “Silk Way West Airlines” aviaşirkəti tərəfindən daşınmışdır. Milli yük aviadaşıyıcısı təkcə “Formula 1”-in Azərbaycan mərhələsi üçün deyil, həm də müxtəlif qitələrdə digər yarışlar üçün avadanlıqların daşınmasını həyata keçirir.
Qeyd edək ki, bolidlərin təkərləri daimi +20 dərəcə temperaturun saxlanıldığı xüsusi konteynerlərdə daşınır.
Azərbaycan Qran-Prisi 2019-cu il aprelin 26-dan 28-dək keçiriləcək. Yarışlar qədim İçərişəhər, şəhərin müasir hissəsinin siluetləri və Xəzər dənizinin sahili mənzərəsi fonunda keçiriləcək.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024