“Azerbaijan Airlines” bort jurnalı nüfuzlu “Milli İrs” mükafatına layiq görülmüşdür

12:31 - 23.04.2019


23 aprel, Fineko/abc.az. “Azərbaycan Hava Yolları”nın bort jurnalı (Azerbaijan Airlines In-Flight Magazine) Azərbaycanın mədəni irsinin təbliği işində xidmətlərinə görə  Azərbaycan Mədəniyyət Nazirliyinin “Milli İrs” mükafatı ilə təltif olunmuşdur.

Mükafat “IRS Publishing House” nəşriyyatı tərəfindən hazırlanmış “İrs” silsiləsindən olan “Daş keşikçilər” kitabının təqdimat mərasimində təqdim olunmuş və Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr edilmişdir.

“Azerbaijan Airlines” bort jurnalı 2007-ci ildən işıq üzü görür. Bu müddət ərzində nəşrdə yerli və xarici oxucuları Azərbaycanın tarixi, mədəniyyəti, ənənələri və diqqətəlayiq yerləri ilə tanış edən yüzlərlə materiallar dərc edilmişdir. İki aydan bir dövriliklə buraxılan nəşr AZAL aviaşirkətinin bütün daxili və beynəlxalq reyslərində pulsuz paylanılır. 

“Azerbaijan Airlines” bort jurnalı ötən ilin dekabrında Peşəkar Fotoqraflar Beynəlxalq Gildiyasının nüfuzlu “Rusiyanın Qızıl Peqası” mükafatına layiq görülmüşdür.

 

Bütün xəbərlər