Noyabrın 29-na proqnozlaşdırılan hava haqqında məlumat təqdim edilib

14:30 - 28.11.2017


28 noyabr, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabah Azərbaycanda gözlənilən hava şəraiti haqqında məlumatı təqdim edib.

Nazirliyin xəbərində deyildiyi kimi, noyabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam isə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə çiskin olacaq. Şimal-şərq küləyi əsəcək.

Abşeron yarımadasında gecə 3-5, gündüz 9-13, Bakıda gecə 3-5, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Bölgələrdə noyabrın 29-da gözlənilən hava əsasən yağıntısız olacaq,  lakin şimal və dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimal olunur. Bəzi yerlərdə duman olacaq, şərq küləyi üstünlük təşkil edəcək.

Azərbaycanın bölgələrində havanın temperaturu gecə 0 - müsbət 4, gündüz müsbət 9-14 dərəcə, dağlarda gecə mənfi 1-6, gündüz isə müsbət  6-10 dərəcə təşkil edəcək.

 

 

Bütün xəbərlər