330x110
 

İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Janın vəfatı ilə bağlı başsağlığı bildirib

25.04.2019,10:49


25 aprel, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Janın vəfatı ilə bağlı  onun oğlu Lüksemburqun Böyük Hersoqu Anriyə başsağlığı verib.

Dövlət başçısının saytında verildiyi məlumata görə, İlham Əliyev, öz adından və Azərbaycan xalqı adından Böyük Hersoq Anriyə, onun ailəsi və Lüksemburq xalqına dərin hüznlə başsağlığı verib.

“Əlahəzrət, atanız – görkəmli dövlət xadimi, Böyük Hersoq Janın vəfatı xəbəri məni olduqca kədərləndirdi”, - başsağlığı mətnində belə deyilir.

Lüksemburqun Böyük Hersoqu Jan 23 aprel tarixində, 98 yaşında vəfat etdi. O, Parm Burbonlarının nümayəndəsi, Böyük Hersoginya Şarlotta Lüksemburqlunun və Robert Parmlının kiçik oğlu Şahzadə Feliçe Burbon-Parmlının böyük oğlu idi.