“Nar” 2019-cu ilin birinci rübünün nəticələrini açıqladı

12:00 - 26.04.2019


26 aprel, Fineko/abc.az. “Nar” 2019-cu ilin birinci rübünün nəticələrini açıqladı. Nəticələrə əsasən, mobil operator bu dövr ərzində bir çox göstəricilər üzrə yüksək artım dinamikası nümayiş etdirib. Belə ki, “Nar”-ın sərfəli internet paketləri sayəsində ötən ilin eyni dövrü ilə müqayisədə mobil internetdən istifadədə 60% artım qeydə alınıb. İnternet istifadəçilərinin sayının artmasına mobil operatorun təklif etdiyi tariflər və paketlər, ölkə ərazisində quraşdırılan baza stansiyalarının sayının artması, eləcə də 4G smartfon penertasiyasının artımı təsir edib.

Bu ilin birinci rübü ərzində mobil operatorun müştərilərə göstərdiyi yüksəkkeyfiyyətli xidmət sayəsində müştəri məmnuniyyətində də artım müşahidə olunub. Müstəqil araşdırma şirkətləri tərəfindən aparılan sorğuların nəticələrinə əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisdə “Nar” abunəçilərinin sayı 12% artaraq, 2,2 milyondan çox olub. Cari ilin ilk üç ayı ərzində mobil operator paytaxtla yanaşı, bölgələrdə də şəbəkəsini gücləndirməkdə davam edib. Son 3 ay ərzində ölkə ərazisində 25-dən artıq yeni 3G və 4G baza stansiyası quraşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə “Nar” 4G internetindən istifadə edənlərin sayı 110% artaraq 600 mini keçib.

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az  saytından əldə edə bilərsiniz.

 

Bütün xəbərlər