Xaricdə sahibkarlıqla məşğul olan Azərbaycan vətəndaşları sosial sığorta haqqı ödəyəcəklər

15:37 - 26.04.2019


26 aprel, Fineko/abc.az. Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən, xarici ölkələrdə əmək fəaliyyətindən gəlir əldə edən Azərbaycan vətəndaşlarının gəlirlərinin Azərbaycan Respublikasında sosial sığorta haqlarına cəlb edilməsi nəzərdə tutulmur.

Vergilər Nazirliyinindən bildirilib ki, xarici ölkələrdə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən Azərbaycan Respublikasının vətəndaşları isə Azərbaycanda ümumi qaydada "Sosial sığorta haqqında" Qanunun 14.5.1-ci maddəsinə uyğun olaraq, məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

Həmin maddəyə əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər. Bu müddəa 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

 

Bütün xəbərlər