330x110
 

İlham Əliyev: Azərbaycan iqtisadiyyatı ötən on beş ildə üç dəfədən çox artıb

26.04.2019,17:28


26 aprel, Fineko/abc.az. Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda cıxış edən Prezident İlham Əliyev “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyib və layihənin müxtəlif ölkələr arasında əlaqələrin gücləndirilməsinə, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edəcəyini və beynəlxalq ticarət üçün yeni imkanlar yaradacağını qeyd edib.

Prezident çıxışında bildirib ki , Azərbaycan iqtisadiyyatının ötən on beş ildə üç dəfədən çox artıb. Yatırılan 260 milyard dollar həcmində sərmayə bizə ölkəmizi müasirləşdirməyə və müasir infrastrukturu yaratmağa kömək etmişdir. Azərbaycanın çox aşağı səviyyədə xarici borcu var. Bu, bizim ümumi daxili məhsulun təxminən 19 faizini təşkil edir. Bizim ehtiyatlarımız xarici borcumuzdan beş dəfə çoxdur. Azərbaycanın builki iqtisadi göstəriciləri artımın olduğunu nümayiş etdirir. Ümumi daxili məhsul 3 faiz artıb, inflyasiyanın səviyyəsi 2,1 faizdir və iqtisadiyyatın şaxələnməsi bizim əsas məqsədlərimizdən biridir.

Azərbaycanın Xəzər dənizində 260 gəmidən ibarət ən böyük donanmaya malik olduğunu qeyd edən dövlət başçısı ötən il 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malik yeni beynəlxalq Bakı Dəniz Limanını istifadəyə verilməsindən və gələcəkdə onun imkanları 25 milyon ton və 1 milyon konteynerə qədər artırılacağını vurğulayıb.