16:27 - 28.11.2017
BP virtuoz caz ifaçısı Vaqif Mustafazadəyə həsr olunmuş tammetrajlı sənədli filmin gürcü dilində variantını dünən Tbilisidə ictimaiyyətə təqdim etdi. Bu təqdimat Azərbaycanla Gürcüstan arasındakı mədəni əlaqələri təşviq etmək məqsədi daşıyır.
Bundan əvvəl həmin sənədli film Bakıda Azərbaycan dilində böyük uğurla təqdim edilmişdi. BP-nin “Mənim tanıdığım Vaqif” filminin çəkilişinə göstərdiyi dəstək bu şirkətin Azərbaycan və Gürcüstanın zəngin mədəni irsinin təbliği ilə bağlı öhdəliyinin bir hissəsidir.
Bu sənədli film Azərbaycanın və dünyanın dahi caz ustalarından biri olan və musiqi sənətində yeni bir janrın - caz-muğamın banisi Vaqif Mustafazadənin xatirəsinə həsr edilib. Filmdə onun həyatının bəzi epizodları anılıb və digər tanınmış musiqiçilərin Azərbaycanın dünyaca məşhur bu caz ifaçısı haqqında düşüncələri lentə alınıb.
Vaqif Mustafazadə həyatının müəyyən bir hissəsini Tbilisidə yaşayıb və onun gürcü dostları dünənki təqdimatda iştirak ediblər. Vaqif Mustafazadənin yaxın dostu olmuş, tanınmış müsiqiçi Dimitri Qonqliaşvili filmdən mütəəssir olaraq demişdir: “Vaqif haqqında nə deyə bilərəm – o, bir dahi idi.”
Tədbirdə iştirak etmiş Gürcüstanın mədəniyyət naziri cənab Mixeil Giorqadze demişdir: “Tbilisi həmişə dünyanın müxtəlif və zəngin mədəniyyətlərinin görüşdüyü bir mərkəz olub. Vaqif Mustafazadə o musiqiçilərdəndir ki, onun istedadı və irsi eyni dərəcədə hər iki ölkəyə məxsusdur. Musiqiçilər, və xüsusən də caz sevərlər onu Azərbaycan caz-muğamının banisi olan dahi bir pianoçu və bəstəkar kimi tanıyırlar. Əslində isə Vaqif Mustafazadə gələcəyə yönəmli və çox maraqlı Şərq cazı məktəbini yaratmışdır.”
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Couns demişdir: “Biz Azərbaycan cazının ən tanınmış nümayəndəsi olan Vaqif Mustafazadənin adı ilə bağlılığımızdan qürur duyuruq. O həm də dünyanın ən məşhur caz pianoçularından və bəstəkarlarından biridir. Onun istedadının pərəstişkarı kimi bilirəm ki, o, şərq və qərb musiqisinin ən yaxşı janrlarının fantastik sintezini yaratmağa nail olub. Bu sintez nəticəsində Azərbaycanın milli musiqisi olan muğamın və qərb cazının heyranedici qarışığı meydana çıxıb.
Biz Azərbaycanla Gürcüstanı birləşdirən və BP-nin də fəxrlə rol oynadığı beynəlxalq enerji ixracı dəhlizləri dönəmində yaşayırıq. Vaqif Mustafazadə qısa bir ömür yaşayıb və bu nailiyyətləri görməyib, ancaq öz əsərləri ilə bu böyük sənətkar başqa bir körpü salıb – Azərbaycan və Gürcüstan xalqlarının ürəklərini birləşdirən bir körpü. BP hər iki ölkədə mədəniyyət layihələrinə dəstək verməkdə davam edəcək.
İnanırıq ki, mədəniyyət sahəsində həyata keçirdiyimiz təşəbbüslər – sponsorluq etdiyimiz filmlər, kitablar, tədqiqat işləri, konsertlər, arxeoloji araşdırmalar, hər iki ölkədəki digər sosial sərmayə proqramlarımızla birlikdə bu olkələrin dayanıqlı multikultural inkişafı üçün uzunmüddətli planlarını tam dəstəkləyir.”
BUTAfilm şirkəti tərəfindən çəkilmiş bu sənədli film Vaqif Mustafazadənin müasirləri olan Rusiya, Gürcüstan, Estoniya, Polşa və Amerika caz ustalarının onun yaradıcılıq irsinə və şəxsiyyətinə sevgi və rəğbət dolu xatirələri üzərində qurulub.
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024