Bakının Nərimanov rayonunda ilk “Kiçik və Orta Biznes Evi” açılacaq

16:36 - 1.05.2019


1 may, Fineko/abc.az. İlk “Kiçik və Orta Biznes Evi” (КОВ Evi) Bakının Nərimanov rayonunda açılacaq.

Kiçik və Orta Biznesin İnkişafı (KOBİA) Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, KOB evinin açılışı cari ilin sonuna planlaşdırılır.

“Kiçik və Orta Biznes Evi”ndə 30-dan çox dövlət qurumu 110-dan çox xidmət göstərəcək”, - deyə Orxan Məmmədov bildirib.

 

Bütün xəbərlər