Bakıda əsas kapitala yönəldilmiş vəsaitin 50,3 faizi tikinti-quraşdırma işlərinə sərf olunub

12:09 - 2.05.2019


2 may, Fineko/abc.az. Cari ilin yanvar-mart aylarında Bakıda əsas kapitala 1 milyard 722,5 milyon manat məbləğində, yaxud 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,4 faiz az vəsait yönəldilib.

Dövlət Statistika İdarəsinin yaydığı hesabatda xəbər verilir ki, əsas kapitala yönəldilmiş vəsaitin 867,2 milyon manatı və ya 50,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Bütün xəbərlər