Paytaxtda sement istehsalı isə 9,5 faiz artıb

15:26 - 3.05.2019


3 may, Fineko/abc.az. Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata əsasən, paytaxtda birinci rübdə tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilən məhsulun ümumi dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən sabit qiymətlərlə 0,3 faiz artaraq 95,9 milyon manat təşkil edib.

Cari ilin yanvar-mart aylarında hörmə üçün hazır beton qarışığının istehsalı 11,6 faiz, sementin istehsalı isə 9,5 faiz artıb.

Bütün xəbərlər