Azərbaycan və Monteneqro hökumətləri arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb

16:23 - 3.05.2019


3 may, Fineko/abc.az. Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov mayın 3-də Monteneqronun daxili işlər naziri Mevludin Nuhodjiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlığın perspektivləri, o cümlədən birgə təlim və seminarların keçirilməsi, Monteneqro Daxili İşlər Nazirliyinin fövqəladə hallarla mübarizə sahəsində mütəxəssislərinin ixtisas səviyyəsinin artırılması üçün Azərbaycan FHN-in Akademiyasının imkanlarından istifadə və s. barədə geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

 

Bütün xəbərlər